...

Nikaraquada etiraz aksiyalarında ölənlərin sayı 309-a çatıb

Dünya xəbərləri Materials 4 İyul 2018 01:25 (UTC +04:00)
Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 309-a çatıb
Nikaraquada etiraz aksiyalarında ölənlərin sayı 309-a çatıb

Bakı. Trend:

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 309-a çatıb.

Trend-in məlumatına görə, bu barədə Nikaraquanın insan hüquqları üzrə assosiasiyasından bildiriblər.

Məlumata əsasən, öetiraz aksiyalarında daha 24 nəfər həlak olub. Beləliklər, ölənlərin sayı 309-a çatıb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 5 ölüm halı nəzərə alınmadan 212 nəfər həlak olub.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti