...

Çində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib

Dünya xəbərləri Materials 12 İyul 2018 08:25 (UTC +04:00)
Çinin şərqində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib
Çində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib

Bakı. Trend:

Çinin şərqində "Mariya" tayfunu səbəbindən 580 minə yaxın insan təxliyə edilib.

Trend-in məlumatına görə, bu barədə Çinin quraqlıq və daşqınların nəticələri ilə mübarizə üzrə dövlət idarəsindən bildiriblər.

"Mariya" tayfunu Çinin şərq sahillərində yerləşən Futszyan və Çjetszyan əyalətlərində güclü yağışlara və küləklərə səbəb olub. Çinin meteoroloji idarəsi tayfunun təsiri altına düşən ərazilər üçün ən yüksək "qırmızı" xəbərdarlıq səviyyəsi elan edib.

Futszyan əyalətində ümumilikdə 193 min nəfər, Çjetszyan əyalətində isə 391 min nəfər daha təhlükəsiz yerlərə təxliyə edilib. Bütün əyalətdə 20 mindən artıq balıqçı gəmisi limanlara qayıdıb.

Tayfunun təsiri altına düşən əyalətlərdə dəmiryolu əlaqəsi və aviaəlaqə tamamilə dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti