...

Nikaraquada etiraz aksiyalarında daha 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 18 İyul 2018 04:59 (UTC +04:00)
Hüquq müdafiəçiləri xəbər verir ki, iyulun 18-də Nikaraquada nümayişçilərə qarşı hökumət qüvvələrinin tədbirləri nəticəsində daha 3 nəfər öldürülüb.
Nikaraquada etiraz aksiyalarında daha 3 nəfər həlak olub

Bakı. Trend:

Hüquq müdafiəçiləri xəbər verir ki, iyulun 18-də Nikaraquada nümayişçilərə qarşı hökumət qüvvələrinin tədbirləri nəticəsində daha 3 nəfər öldürülüb.

Nikaraqua insan hüquqları üzrə assosiasiyasının verdiyi məlumata əsasən, Masaya şəhərində bir polis, bir yeniyetmə və bir qadın öldürülüb. Səhər saatlarından etibarən hökumət tərəfdarları şəhərin küçələrində tikilmiş barrikadaları sökməyə çalışır.

Şəhərə giriş bağlıdır.

Trend-in məlumatına əsasən, Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 360-a yaxınlaşıb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib. Etiraz aksiyaları zamanı son 40 ölüm faktı nəzərə alınmaqla 351 nəfər həlak olub.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti