Bakı. Trend:
Tuvanın Barun-Xemçikski rayonunda karantin elan olunub. Trend-in məlumatına görə, karantin iki nəfər "Sibir xorası"na yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirildikdən sonra elan olunub.
Qeyd edək ki, daha öncə 31-34 yaşlarında iki şəxsin iribuynuzlu heyvanları kəsdikdən sonra "Sibir xorası"na yoluxma ehtimalı ilə xəstəxanaya müraciət etmələri barədə məlumat verilmişdi.
Hazırda xəstəxanada müalicə olunan şəxslərin vəziyyəti normal qiymətləndirilir.