...

Dava edən sərnişinlərə görə Moskva-Düşənbə reysini yerinə yetirən təyyarə hava limanına geri qayıdıb

Dünya xəbərləri Materials 30 Avqust 2018 01:42 (UTC +04:00)
Moskva-Düşənbə aviareysinin sərnişinləri arasında baş verən dava təyyarənin geri qayıtmasına səbəb olub.
Dava edən sərnişinlərə görə Moskva-Düşənbə reysini yerinə yetirən təyyarə hava limanına geri qayıdıb

Bakı. Trend:

Moskva-Düşənbə aviareysinin sərnişinləri arasında baş verən dava təyyarənin geri qayıtmasına səbəb olub.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata əsasən, "Ural Hava Yolları" aviaşirkətinə məxsus təyyarədə baş verən hadisə nəticəsində stüardessa xəsarət alıb.

Qeyd olunur ki, təyyarənin havaya qalxdığı zaman aralarında dava baş verən sərnişinlərdən biri onda bombanın olması ilə hədə-qorxu gəlməyə başlayıb.

Bort baxıcılarının dava edən sərnişinləri ayırmaq cəhdləri uğursuz olub. Təyyarə geri "Jukovski" aeroportuna qayıtdıqdan sonra, hadisə yerinə polis cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti