...

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 481-ə çatıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2018 03:16 (UTC +04:00)
Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 481-ə çatıb
Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 481-ə çatıb

Bakı. Trend:

Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 481-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə Nikaraquanın insan hüquqları üzrə assosiasiyasından bildiriblər.

Məlumata əsasən, ölənlərdən 410 nəfəri odlu silahdan öldürülüb. Ümumilikdə 4 minə yaxın insan yaralanıb.

Bundan əlavə, 1,2 min insan etiraz aksiyaları başlayandan saxlanılıb və ya itkin düşüb.

Qeyd edək ki, Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti