...

Suriyada Rusiya təyyarəsi vuruldu - 15 hərbçi həlak oldu

Dünya xəbərləri Materials 18 Sentyabr 2018 12:18 (UTC +04:00)
Suriyada Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi vurulub
Suriyada Rusiya təyyarəsi vuruldu - 15 hərbçi həlak oldu

Bakı. Trend:

Suriyada Rusiyaya məxsus İl-20 hərbi təyyarəsi vurulub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. Təyyarədə 15 hərbçi olub. Onların həlak olduğu deyilir.

Qeyd olunur ki, gecə saatlarında təyyarə radarlardan itib. Daha sonra məlum olub ki, İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti