...

Moskvaya uçan təyyarə məcburi endi - SƏBƏB?

Dünya xəbərləri Materials 19 Sentyabr 2018 10:59 (UTC +04:00)

Bakı. Trend:

Omskdan Moskvaya uçan S7 təyyarəsi Tümendə məcburi eniş edib.

Trend-in məlumatına görə, təyyarənin məcburi eniş etməsinə səbəb, sərnişinlərdən birinin halının pisləşməsi olub. Belə ki, təyyarə hava qalxdıqdan sonra qadın sərnişin özünü pis hiss etməsi barədə bort bələdçilərinə xəbər verib. Bundan sonra təyyarənin kapitanı məcbur eniş barədə qərar qəbul edib.

Ötən gün saat 18.40 radələrində Tümendə eniş edən təyyarəni hava limanında təcili tibbi yardım briqadası qarşılayıb.

Sərnişin xəstəxanaya çatdırıldıqdan sonra, təyyarə Moskvaya uçuşunu bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti