...

Rusiya XİN: Vaşinqton Putinlə Tramp arasında yeni görüşün baş tutumaması üçün bəhanələr axtarır

Dünya xəbərləri Materials 22 Yanvar 2019 15:23 (UTC +04:00)
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşün baş tutumaması üçün Vaşinqton bəhanələr axtarmaqda davam edir.
Rusiya XİN: Vaşinqton Putinlə Tramp arasında yeni görüşün baş tutumaması üçün bəhanələr axtarır

Bakı. Trend:

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yeni görüşün baş tutumaması üçün Vaşinqton bəhanələr axtarmaqda davam edir.

Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Nazir müavini qeyd edib ki, hazırda yeni görüşün baş tutması məsələsi ilə spekulyasiya etmək məsuliyyətsizlikdir.

Qeyd edək ki, bundan öncə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Parisdə və Buones-Ayresdə görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti