...

Fransada təyyarə məcburi eniş etdi - Sərnişinə görə

Dünya xəbərləri Materials 25 Yanvar 2019 12:52 (UTC +04:00)
“Transavia” aviaşirkətinin Paris-Tunis reysini həyata keçirən təyyarə Nitsa hava limanında məcburi eniş etməli olub
Fransada təyyarə məcburi eniş etdi - Sərnişinə görə

Bakı. Trend:

“Transavia” aviaşirkətinin Paris-Tunis reysini həyata keçirən təyyarə Nitsa hava limanında məcburi eniş etməli olub.

Trend-in məlumatına görə, buna sərnişinlərdən birinin aqressiv davranışı səbəb olub.

Qeyd olunur ki, 30 yaşlı Tunis vətəndaşı uçuş zamanı pilot kabinəsinə daxil olmağa çalışıb və heyət üzvlərinə hücum edib.

Təyyarə Nitsada eniş etdikdən sonra sərnişin polisə təhvil verilib. Hazırda hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti