...

İstanbulda elektrik panelinin partlaması nəticəsində 22 nəfər zəhərlənib

Dünya xəbərləri Materials 8 Fevral 2019 05:59 (UTC +04:00)
İstanbulda yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib.
İstanbulda elektrik panelinin partlaması nəticəsində 22 nəfər zəhərlənib

Bakı. Tural Turan - Trend:

İstanbulda yerləşən beşmərtəbəli binanın girişindəki elektrik panelində partlayış baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 15 uşaq olmaqla 22 nəfər dumandan zəhərlənib.

Partlayışdan sonra qısa müddətdə binanı tüstü bürüyüb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Zərərçəkənlər xəstəxanalara çatdırılıblar.

Bina sakinləri təxliyə olunub. Yanğının səbəbinin partlayış olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti