...

Hindistan "Boeing 737"nin istismarına tələbləri sərtləşdirdi - Efiopiyadakı qəzadan sonra

Dünya xəbərləri Materials 12 Mart 2019 14:25 (UTC +04:00)
Hindistan "Boeing 737" təyyarələrinin istismarına tələbləri sərtləşdirib.
Hindistan "Boeing 737"nin istismarına tələbləri sərtləşdirdi - Efiopiyadakı qəzadan sonra

Bakı. Trend:

Hindistan Mülki Aviasiya İdarəsi "Boeing 737 Max" təyyarələrinin istismarına tələbləri sərtləşdirib.

Trend-in məlumatına görə, qərar Efiopiyada bu tip təyyarənin qəzaya uğramasından sonra qəbul edilib.

Aviasiya tənzimləyicisinin qərarına əsasən, "Boeing 737 Max" təyyarələrini yalnız bu avialaynerlərdə ən azı min saat uçuş həyata keçirən pilotlar idarə edə bilərlər. İkinci pilot isə ən azı 500 saat uçuş icra etməlidir. Bundan başqa, təyyarənin istismarından əvvəl müəyyən sistemlərin əlavə yoxlanışı aparılacaq.

Hazırda Hindistanın "SpiceJet" və "Jet Airways" şirkətləri "Boeing 737 Max" təyyarələrindən istifadə edir.

Xatırladaq ki, martın 10-da "Ethiopian Airlines" şirkətinə məxsus "Boeing 737" hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub. Bu faciədən sonra Efiopiya "Boeing 737" təyyarələrinin istismarını dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti