Bakı. Elnur Bağışov – Trend:
İranın Tehran-Şimal magistral yolunda Əlborz tunelinin çökməsi nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu Tehran-Şimal magistral yolu layihəsinin koordinatoru Şüca Mirzaian deyib.
Onun sözlərinə görə, insident nəticəsində xəsarət almış 5 nəfər tibb məntəqəsinə çatdırılıb.
İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bildirib ki, tuneldə çökmə qaz sızması səbəbindən partlayış nəticəsində baş verib.