Bakı. Trend:
Facebook şirkəti ABŞ-da Qərbi Texasda günəş elektrik stansiyası qurmağı planlaşdırır.
Trend-in məlumatına görə, həmin stansiya ölkədə həyata keçirilən ən böyük analoji layihələrdən biri və şirkətin bərpa olunan enerji mənbələrinə olan birbaşa investisiyası olacaq.
Prospero Solar Texas layihəsi çərçivəsində qurulan elektrik stansiyası günəş enerjisinin əsas təchizatçılardan biri olub, 18 kvadratmetrə yaxın ərazini əhatə edəcək.
Stansiyanın gücü 379 MVt olacaq. Bu, 72 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.