Əfqanıstanın Qəzni şəhərində törədilmiş partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb.
Trend-in məlumatına görə, avtomobilin partlaması nəticəsində 12 nəfərin həlak olub, 43 nəfər xəsarət alıb.
“Pajvak” agentliyi isə bildirib ki, ölənlər arasında 8 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır, 4 nəfər isə dinc sakindir.