...

Latviya qeyri-standart marka buraxdı (FOTO)

Dünya xəbərləri Materials 10 İyul 2019 17:11 (UTC +04:00)
Latviyanın poçt operatoru “Latvijas pasts” qeyri-standart formada poçt markasını dövriyyəyə buraxıb.
Latviya qeyri-standart marka buraxdı (FOTO)

Bakı. Trend:

Latviyanın poçt operatoru “Latvijas pasts” qeyri-standart formada poçt markasını dövriyyəyə buraxıb.

Trend-in məlumatına görə, poçt markası Latviya çəmənliklərində tapılan müxtəlif rənglərdən toxunan çələng şəklində hazırlanıb və latışların “Liqo”adlanan qədim gün dönümü bayramına həsr olunub.

Qeyri-standart formada olan markalar filateliya dünyasında çox nadir sayılır. İlk dəfə belə formada marka 2018-ci ildə Latviyanın 100 illik yubileyi şərəfinə buraxılıb.
Poçt markasının nominal dəyəri 50 sent, tiraji isə 500 min nüsxə təşkil edir.

Poçt məhsulu “Baltijas Banknote Latvija” çap evində işıq üzü görüb. Dizaynı rəssam Qirts Qrivaya məxsusdur. Buraxılışa əlavə olaraq 1000 ədəd “Birinci gün” zərfi də tədavülə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti