...

Mərakeşli dənizçilər Aralıq dənizində 161 qanunsuz miqrant xilas edib

Dünya xəbərləri Materials 14 İyul 2019 05:33 (UTC +04:00)
Mərakeşin Kral dəniz donanmasının Sahil Mühafizəsi dəstələri tərəfindən Aralıq dənizində 161 qanunsuz miqrant xilas edilib
Mərakeşli dənizçilər Aralıq dənizində 161 qanunsuz miqrant xilas edib

Bakı. Trend:

Mərakeşin Kral dəniz donanmasının Sahil Mühafizəsi dəstələri tərəfindən Aralıq dənizində 161 qanunsuz miqrant xilas edilib.

Trend-in məlumatına görə, bu barədə "MAP" agentliyi xəbər verib.

Agentliyin məlumatına görə, xilas edilən miqrantların əksəriyyəti Afrika ölkələrindən gəlmələrdir.

Qeyd edilir ki, bütün miqrantlar "Krallığın Aralıq dəniz limanlarına sağ-salamat çatdırılmışdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti