Bakı. Trend:
Türkiyənin Ankara şəhərində Belarus diplomatına silahlı hücum olunub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, diplomat Aleksandr Poqanşevə qonşusu odlu silahdan atış açıb.
İnsident nəticəsində diplomat ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, hücum edən şəxs intihar edib.