...

"Coker" filmi Venesiya Film Festivalının əsas mükafatına layiq görülüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2019 03:01 (UTC +04:00)
Venesiya Film Festivalının "Müqəddəs Markın Qızıl Aslanı" mükafatına amerikalı Todd Fillipsin "Coker" filmi layiq görülub
"Coker" filmi Venesiya Film Festivalının əsas mükafatına layiq görülüb

Bakı. Trend:

Venesiya Film Festivalının "Müqəddəs Markın Qızıl Aslanı" mükafatına amerikalı Todd Fillipsin "Coker" filmi layiq görülub.

Trend-in məlumatına görə, Lido adasındakı Kino Sarayında keçirilən mərasim Venesiya Biennalesinin saytında yayımlanıb.

76-cı Venesiya Film Festivalının ən yaxşı aktyoru "Martin Eden" filmində oynayan italyan Luka Marinelli seçilib. Film Cek Londonun eyni adlı romanı əsasında çəkilib.

Həmin filmdə L.Marinelli Martin İden rolunda çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti