...

Bundesver İraqdakı qüvvələrinin rotasiyasını dayandırır

Dünya xəbərləri Materials 6 Yanvar 2020 03:46 (UTC +04:00)
Bundesver (Almaniyanın silahlı qüvvələri) İraqda beynəlxalq missiyada iştirak edən qüvvələrin rotasiyasını dayandırır
Bundesver İraqdakı qüvvələrinin rotasiyasını dayandırır

Bakı. Trend:

Bundesver (Almaniyanın silahlı qüvvələri) İraqda "İŞİD" terror qrupuna qarşı mübarizə üçün beynəlxalq missiyada iştirak edən qüvvələrinin rotasiyasını dayandırır.

Trend-in məlumatına görə, bu barədə AFR-ın Müdafiə Nazirliyinin mətbuat xidməti "Twitter" səhifəsində xəbər yayıb.

Məlumatda qeyd edilir: "İraqdakı vəziyyətin gedişatı səbəbiylə Bundesverin baş müfəttişi (komandanı) Eberhard Zorn ölkədəki silahlı qüvvələr kontingentinin rotasiyasını təxirə salmağa qərar verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti