...

BMT Qahirədə jurnalistlərin saxlanılmasından narahatdır

Dünya xəbərləri Materials 16 Yanvar 2020 08:15 (UTC +04:00)
BMT "Anadolu" agentliyinin (AA) dörd əməkdaşının Qahirədə saxlanmasından narahatdır və hadisəni araşdırmaq niyyətindədir
BMT Qahirədə jurnalistlərin saxlanılmasından narahatdır

Bakı. Trend:

BMT "Anadolu" agentliyinin (AA) dörd əməkdaşının Qahirədə saxlanmasından narahatdır və hadisəni araşdırmaq niyyətindədir

Trend-in "AA"ya istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin mətbuat katibi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Jurnalistlərin saxlanılması və həbs olunması ilə bağlı xəbərlər bizi həmişə narahat edir. Biz bu məsələni araşdıracağıq".

Xatırladaq ki, Misir polisi yanvarın 14-ü Türkiyənin "Anadolu" agentliyinin Qahirədə yerləşən ofisində reyd keçirib. Reyd zamanı əsassız olaraq agentliyin 4 əməkdaşı, o cümlədən Türkiyə vətəndaşı saxlanılıb.

AA və Türkiyənin Qahirədəki səfirliyinin vəkilləri Misir səlahiyyətlilərindən agentliyin əməkdaşlarının hazırda olduqları yer barədə məlumat vermələrini tələb ediblər.

Ofisdə axtarışlar yanvarın 15-i səhər saatlarına qədər davam edib. Polislər agentliyin əməkdaşlarından şəxsiyyət vəsiqələri, mobil telefonlar və kompyuterləri toplayıblar, onların agentliyin mərkəzi ofisi və ailə üzvləri ilə əlaqə saxlama cəhdlərinin qarşısını alıblar.

Polis reyd başlayandan sonra hadisə yerinə gələn AA-nın Qahirə ofisinin vəkilinə məlumat verməkdən imtina edib. Vəkil ofisdən qovulub və sonra axtarış davam etdirilib.

Gecə saatlarında polis agentliyin əməkdaşlarından birini, Misir vətəndaşını sərbəst buraxıb. Bir Türkiyə vətəndaşı da daxil olmaqla agentliyin dörd əməkdaşı səhərə qədər ofisdə saxlanılıb. Səhər onlar naməlum yerə aparılıb.

Qeyd edilir ki, saxlanılanlar AA-nın meneceri Hilmi Balcı, Misir vətəndaşları Hüseyn əl-Kabbani, Hüseyn əl-Abbas və Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun (SETA) əməkdaşı Əbdülsalam Məhəmməddir.

Türkiyənin Qahirədəki müvəqqəti işlər vəkili Kəmaləddin Əruyqur vəziyyəti izləyir və Misir Xarici İşlər Nazirliyi səviyyəsində səylər göstərir.

Türkiyə Xarici İşlər Nazirliyi də Misirin Ankaradakı səfirliyi üzrə öz səylərini göstərir.

Daha sonra Misirin müvəqqəti işlər vəkili Qahirədə "Anadolu" (AA) agetliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti