Bakı. Trend:
İspaniya Mülki Qvardiyası idmanda qadağan olunan eritropoietinin (EPO) satışı üzrə beynəlxalq şəbəkənin təşkilatçılarını saxlayıb.
Trend-in məlumatına görə, bu barədə El Mundo nəşri bildirib.
Məlumata əsasən, xüsusi əməliyyat Barselona və Kadisdə keçirilib. Şəbəkənin təşkilatçıları bir neçə Serbiya vətəndaşı olub. Onlarda biri Barselonada yaşayırdı.
Alıcıların digər ölkələrdən həvəskar və peşəkar idmançılar olduğu bildirilib. Onların adları idman intizam orqanlarına göndərilə bilər.
EPO qırmızı qan hüceyrələrinin formalaşmasına şərait yaradır. Qırmızı qan hüceyrələrinin tərkibindəki artım sayəsində bədənin ümumi dözümlülüyü artır.