...

Misirdə hərbçilər terrorçuluqda şübhəli bilinən 10 nəfəri məhv etdi

Dünya xəbərləri Materials 10 Fevral 2020 05:46 (UTC +04:00)
Misirin Silahlı Qüvvələri terror hücumunun qarşısını alıb
Misirdə hərbçilər terrorçuluqda şübhəli bilinən 10 nəfəri məhv etdi

Bakı. Trend:

Misirin Silahlı Qüvvələri Sinay yarımadasının şimalındakı təhlükəsizlik postuna terror hücumunun qarşısını alıb.

Trend-in xəbərinə görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı Misir ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, hücum zamanı terrorçuluqda şübhəli 10 nəfər məhv edilib. Hərbçilər arasında xəsarət alan və ölənlərin sayının 7 olduğu bildirilir.

Hazırda ərazi təmizlənir və digər terrorçuların axtarılması üzrə əməliyyat davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti