...

Dövlət Departamenti Avropada hərbi təhsilə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir

Dünya xəbərləri Materials 11 Fevral 2020 01:15 (UTC +04:00)
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrinə hərbi təhsildə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir
Dövlət Departamenti Avropada hərbi təhsilə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrində hərbi təhsilə yardım üçün 25,5 milyon dollar ayırmaq istəyir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin büdcə layihəsində deyilir.

Layihədə bildirilir: "Avropa üçün beynəlxalq hərbi təhsil və təlim proqramları regional təhlükəsizliyi və ABŞ, NATO və Avropanın Silahlı Qüvvələrinin uyğunluğunu gücləndirir, həmçinin Rusiyanın təcavüzünə qarşı yardımı genişləndirir".

Maliyyə yardımı Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya, Türkiyə və Ukrayna üçün nəzərdə tutulur.

Hərbi təlimdə yardımın məqsədi ilk növbədə adıçəkilən ölkələrin hərbçilərinin "ABŞ Silahlı Qüvvələrinin doktrinası və əməliyyat taktikasını başa düşməsi və təsdiqləməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti