...

Səudiyyə Ərəbistanı istiqamətində ballistik raketlər buraxılıb

Dünya xəbərləri Materials 21 Fevral 2020 06:19 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəmənin şimalında "Ənsar Allah" (husilər) üsyançıları tərəfindən atılan bir neçə ballistik raketi vurub
Səudiyyə Ərəbistanı istiqamətində ballistik raketlər buraxılıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəmənin şimalında "Ənsar Allah" (husilər) üsyançıları tərəfindən atılan bir neçə ballistik raketi vurub.

Trend-in məlumatına görə, bu barədə "SPA" agentliyi Ərəb koalisiyasına istinadən bildirib.

Koalisiya nümayəndəsi polkovnik Turki əl-Maliki davam edən raket atəşlərini "vəhşi hücumlar" adlandırıb.

Yəmənlə sərhəddən 900 kilometr məsafədə yerləşən Səudiyyə Ərəbistanının Yanbu şəhərində uçan raketlərin videosu sosial şəbəkədə yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti