Bakı. Trend:
ABŞ-ın Vaşinqton ştatında COVİD-19 koronavirusundan ölənlərin sayı 37 nəfərə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Cey İnzli mətbuat konfransında deyib. Daha əvvəl 31 nəfərin öldüyü bildirilirdi.
Qubernator qeyd edib ki, ştatın bütün ümumtəhsil müəssisələri çərşənbə axşamı bağlanacaq.