Bakı. Trend:
Nikaraquada yeni növ koronavirusa (COVİD-19) ilk yoluxma halı qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi Nikaraquanın vitse-prezidenti Rosario Murilyoya istinadən xəbər verir.
Onun sözlərinə görə, yoluxan şəxs 40 yaşlı Nikaraqua vətəndaşıdır və o, Panamada olduğu zaman virusa yoluxub.