...

Rusiyada sürətli qəbir qazma müsabiqəsi keçiriləcək

Dünya xəbərləri Materials 23 İyun 2020 21:45 (UTC +04:00)
Rusiyada sürətli qəbir qazma müsabiqəsi keçiriləcək

Bakı. Trend:

Rusiyanın Omsk şəhərində sürətli qəbir qazma üzrə müsabiqə keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Nekropol” mərasim sərgiləri təşkilatı bildirib.

Müsabiqə mərasim agentlikləri forumu çərçivəsində baş tutacaq. Əvvəlcə müsabiqənin Vladivostok şəhərində keçirilməsi planlaşdırılsa da, təşkilati məsələlərlə əlaqədar onun yeri başqa şəhərə keçirilib.

Müsabiqənin qaydalarında qazılacaq qəbrin ölçüsü və dərinliyi qeyd olunacaq.

Tədbirin keçirilməsi avqust ayına planlaşdırılsa da, hələlik yekun tarix açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti