...

Rusiyada koronavirusa yoluxanların sayı 647 mini keçib

Dünya xəbərləri Materials 30 İyun 2020 12:01 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 647 mini keçib

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 693 nəfər virusa yoluxub, 154 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 647 849 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 9 320 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 412 650 nəfər virusdan sağalıb, 225 879 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti