...

Yaponiyada 200 min nəfərə təxliyə üçün təlimat verilib

Dünya xəbərləri Materials 4 İyul 2020 08:03 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyada 200 mindən artıq sakinə güclü leysan yağışları ilə əlaqədar təxliyə üçün təlimat verilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təlimat Kumamoto və Kaqosima prefekturalarının sakinlərinə verilib. Bu prefekturalarda maksimal təhlükə səviyyəsi elan edilib.

Son məlumatlara əsasən, Akisita qəsəbəsində (Kumamoto prefekturası) baş verən daşqınlar nəticəsində 13 nəfər itkin düşüb.

"Kyushu Electric Power" şirkətindən bildiriblər ki, Kumamoto prefekturasıda 9 mindən artıq ev işıqsız qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti