...

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb

Dünya xəbərləri Materials 10 İyul 2020 16:09 (UTC +04:00)
Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb

Bakı. Trend:

Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb.

Trend-in məlumatına görə, sınaqlar könüllülər üzərində davam edir.

İyulun 15-də sınaqlarda iştirak etmiş könüllülərin ilk qrupu evə buraxılacaq.

Qeyd edək ki, vaksinin sınaqları Rusiyada iyunun 18-də başlayıb. Əvvəlcə könüllülərə vaksinin birinci komponenti yeridilib, daha sonra ikinci komponent əlavə olunacaq. Bu komponent immunitetin möhkəmləndirilməsinə xidmət edəcək.

Bu günədək sınaqlarda iştirak etmiş bütün şəxslərin özlərini yaxşı hiss etdiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti