Bakı. Trend:
Hindistanda “Covaxin” koronavirus vaksininin kliniki sınaqlarının birinci mərhələsi davam edir.
Trend-in məlumatına görə, ilkin nəticələr vaksinin təhlükəsiz olduğunu göstərib. Sınaqlarda iştirak edən könüllülərdə hər hansı yan təsir müşahidə olunmayıb.
Sınaqların birinci mərhələsi avqustun sonunda başa çatacaq.
“Covaxin” vaksini Hindistanın “Bharata Biotech” şirkəti tərəfindən Milli Tibbi Tədqiqatlar Şurası ilə birgə hazırlanıb. Sınaqlarda 375 könüllü iştirak edir.
Sınaqların bütün mərhələlərinin uğurla başa çatacağı təqdirdə vaksin 2021-ci ilin ilk yarısında hazır ola bilər.