...

Türkiyə Prezidentinin tapşırığı ilə Hərbi Dəniz Qüvvələri hazır vəziyyətə gətirilib

Dünya xəbərləri Materials 9 Sentyabr 2020 11:01 (UTC +04:00)
Türkiyə Prezidentinin tapşırığı ilə Hərbi Dəniz Qüvvələri hazır vəziyyətə gətirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə ölkənin Hərbi Dəniz Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, bu qərar Türkiyə Aralıq dənizində karbohidrogen ehtiyatlarının kəşfiyyatına başladıqdan sonra Yunanıstan tərəfindən baş verən təxribatlarla əlaqədar qəbul edilib.

Ankara kəşfiyyat işlərini başladıqdan sonra Afina Antalya sahillərindən 2 kilometr məsafədə yerləşən Meis adasına qoşun cəlb etmişdi.

Bu hadisəni şərh edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu cür addımların davam edəcəyi təqdirdə uduzan tərəfin Yunanıstan olacağını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti