Bakı. Trend:
Erməni terror təşkilatı ASALA-nın üzvü Abraam Tovmasyan Livanda avtomobil qəzasında ölüb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ASALA xəbər yayıb.
Terror təşkilatı bəyanatında bildirib ki, bu hadisədən bir müddət əvvəl daha bir terrorçu Akob Taqlyan ölüb.
Qeyd edək ki, A.Tovmasyan ASALA-ya 1980-ci illərin əvvəllərində qoşulub və Avropada ASALA-nın terrorçu bazalarından birində təlim keçib.
O,1983-cü il yanvarın 22-də Parisdə “Turkish Airlines”ın ofisinə qrup şəklində hücumda iştirak edib.