...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 338 mindən çox artıb

Dünya xəbərləri Materials 9 Oktyabr 2020 02:34 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 338 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 338 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 338 779 nəfər yeni koronavirusa yoluxub, 5 514 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 36 002 827, ölənlərin isə 1 049 810 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları sutka ərzində Cənubi və Şimali Amerikada qeydə alınıb - 112 715 yoluxma və 2 785 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada sutkada yoluxanların sayı 96 996 nəfər çatıb. Üçüncü yerdə isə Cənub-Qərbi Asiya regionu qərarlaşıb - 89 674 nəfər.

Ölənlərin sayına görə ikinci yerdə Cənub-Şərqi Asiya (1158), üçüncü yerdə Avropa (944) qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti