...

Nikaraquada qasırğa səbəbilə 30 min nəfər təxliyə edilib

Dünya xəbərləri Materials 4 Noyabr 2020 02:13 (UTC +04:00)
Nikaraquada qasırğa səbəbilə 30 min nəfər təxliyə edilib

Bakı. Trend:

Nikaraquada dördüncü dərəcəli "Eta" qasırğası səbəbilə 30 min nəfər təxliyə edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə Respublika sisteminin "Twitter" səhifəsində bildirilir.

Məlumatda deyilir: "Təxminən 30 min nəfər müxtəlif sığınacaqlara təxliyyə edilib. Əhali arasında ölənlər barədə xəbər yoxdur, bu yaxşı xəbərdir".

Bildirilir ki, "Eta" qasırğası Prinsapolka yaşayış məntəqəsindən 46 kilometr aralıdadır və saniyədə 1,6 metr sürətlə qərb istiqamətində iraliləyir. Qasırğanın daxilində küləyin sürəti saniyədə 59,7 metrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti