...

Aİ dekabrda koronavirusa qarşı peyvəndin qeydiyyata alınacağına ümid edir

Dünya xəbərləri Materials 20 Noyabr 2020 02:39 (UTC +04:00)
Aİ dekabrda koronavirusa qarşı peyvəndin qeydiyyata alınacağına ümid edir

Bakı. Trend:

"BioNTech" və "Pfizer", həmçinin "Moderna" şirkətləri tərəfindən hazırlanmış yeni növ koronavirusa qarşı peyvəndlər Avropa İttifaqında (Aİ) dekabrın ikinci yarısında qeydiyyata alına bilərlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin onlayn formatda keçirilən sammitinin yekunları üzrə mətbuat konfransında deyib.

Avropa Komissiyasının rəhbəri bildirib: "Avropa Tibb Agentliyi bizə bildirir ki, "BioNTech" və "Moderna" şirkətlərinin peyvəndləri dekabrın ikinci yarısında Avropa İttifaqında qeydiyyata alına bilərlər".

Onun sözlərinə görə, Aİ ölkələri üçüncü dalğanın qarşısını almaq üçün karantin tədbirlərini diqqətlə, mərhələli və koordinasiyalı şəkildə ləğv etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti