...

Fici sahilləri yaxınlığında güclü zəlzələ olub

Dünya xəbərləri Materials 22 Noyabr 2020 11:34 (UTC +04:00)
Fici sahilləri yaxınlığında güclü zəlzələ olub

Bakı. Trend:

Sakit Okeanın Fici sahilləri yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, zəlzələnin episentri ölkənin paytaxtı Suva şəhərindən 449 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Mümkün dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti