...

Qazaxıstanda koronavirusdan sağalanların sayı 120 mini keçib

Dünya xəbərləri Materials 6 Dekabr 2020 09:05 (UTC +04:00)
Qazaxıstanda koronavirusdan sağalanların sayı 120 mini keçib

Bakı. Trend:

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 773 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 136 271 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 120 178 nəfəri sağalıb, 2 034 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti