...

Rusiyada son sutkada 586 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 Yanvar 2021 12:33 (UTC +04:00)
Rusiyada son sutkada 586 nəfər koronavirusdan ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,61 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 21 734 nəfər virusa yoluxub, 586 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 612 800 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 66 623 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 002 026 şəxs virusdan sağalıb, 544 151 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti