Bakı. Trend:
Boliviyanın keçmiş ədliyyə naziri Ayvaro Koimbra və keçmiş energetika naziri Rodriqo Qusman dövlət çevrilişi ilə bağlı iş üzrə istintaq çərçivəsində saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə "Agencia Boliviano de Information" xəbər verib.
Məlumata əsasən, ölkə prokurorluğunun verdiyi açıqlamaya görə, cevriliş 2019-ci ilin noyabr ayında baş verib.
Keçmiş məmurlar terrorizm, qiyam və sui-qəsdə təhrikçilik törətməklə ittiham olunub.