Bakı. Trend:
Yaponiyanın mərkəzi hissəsində Norikura dağında qar uçqunu baş verib.
Trend-in "Kyodo" agentliyinə istinadən verdiyi məlumata görə, qar uçqunu nəticəsində 5 və ya 6 nəfər qarın altında qalıb.
Məlumata əsasən, onlar hadisə nəticəsində xəsarət alıblar, bir nəfərin vəziyyəti ağırdır.
"NHK" telekanalı öz növbəsində bildirir ki, qarın altında qalan şəxslər xəsarət almayıblar.