...

Aralıq dənizində 5,7 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 18 Mart 2021 06:18 (UTC +04:00)
Aralıq dənizində 5,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Seysmoloqlar Əlcəzair sahillərində Aralıq dənizində 5,7 bal gücündə zəlzələ qeydə alıblar.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmoloji mərkəzi bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Becaya liman şəhərindən 23 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti