...

Paşinyan iki nazir müavinini vəzifədən azad edib

Dünya xəbərləri Materials 20 Aprel 2021 12:48 (UTC +04:00)
Paşinyan iki nazir müavinini vəzifədən azad edib

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan iki nazir müavinini vəzifədən azad edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, ölkənin yüksək texnologiyalar nazirinin birinci müavini Qor Melikyan işdən çıxarılıb.

Digər fərmanla ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Karen İsaxanyan vəzifədən azad edilib.

Qeyd edək ki, aprelin son ongünlüyündə Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti