...

Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb

Dünya xəbərləri Materials 21 Aprel 2021 02:11 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 55 592 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 346 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 36 613 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 61 028 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 384 624 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 55 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 792 129 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti