...

Florida Qubernatoru evin çökməsi ilə bağlı fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 25 İyun 2021 03:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Florida ştatında qubernator Ron Desantis iyunun 24-də Serfsayd şəhərində yaşayış binasının çökməsindən sonra fövqəladə vəziyyət elan edib.

Trend-in məlumatına görə, bu tədbirlər xilasetmə əməliyyatında daha çox qurum, təşklat və vəsaitləri istifadə etmək imkanı verir. Milli Qvardiyanın xilasetmə işlərinə qoşulması istisna edilmir.

Xatırladaq ki, qeyd edilən şəhərdə ötən gün 12 mərtəbəli yaşayış binasının çökməsi nəticəsəində rəsmi məlumata əsasən bir nəfər ölüb, 99 nəfərin taleyi naməlum olaraq qalır. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, polis və yanğınsöndürənlər işləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti