...

Yunanıstanda turist gəmisi batıb, 18 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 12 Avqust 2021 13:08 (UTC +04:00)
Yunanıstanda turist gəmisi batıb, 18 nəfər itkin düşüb

Bakı. Orxan Nəbiyev - Trend:

Yunanıstanın Milos adası yaxınlığında turist gəmisi batıb.

Trend-in məlumatına görə, qəzaya uğrayan gəmidə 18 nəfər olub. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.

Hadisə yerinə üç patrul kateri, Yunanıstan Hərbi-Dəniz Qüvvələrinin gəmisi və helikopter cəlb olunub.

Güclü külək axtarış işlərinə mane olur.

İlkin məlumatlara əsasən, gəmi Böyük Britaniya bayrağı altında üzürdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti