...

Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub

Dünya xəbərləri Materials 26 Avqust 2021 08:19 (UTC +04:00)
Əfqanıstanda Milli Müqavimət Cəbhəsi ilə "Taliban" hərəkatı arasında danışıqlar olub

Bakı. Trend:

Əfqanıstanda Milli Müqavimət Cəbhəsinin nümayəndələri ilə "Taliban" hərəkatının nümayəndə heyəti arasında ilk birbaşa danışıqlar keçirilib.

Trend-in məlumatına görə, bu barədə öz "Facebook" səhifəsində "Taliban"a tabe olmayan şimal Pəncşir vilayətini təmsil edən Əbdül Hafiz Mənsur bildirib.

Onun sözlərinə görə, danışıqlar xoş mühitdə keçirilib: "Bu, ilk dəfədir ki, iki tərəfin nümayəndələri birbaşa dialoq aparıblar".

O əlavə edib ki, tərəflər bir-birinin mövqelərinə silahlı hücumların qarşısını almaq üçün sülh mövzusunda dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti