Bakı. Trend:
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə seçici aktivliyi 51,92 faiz təşkil edib.
Trend-in məlumatına görə, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani deyib.
Onun sözlərinə görə, seçkilərdə 1 815 776 nəfər səs verib.
N.İoseliani əlavə edib ki, səsvermə prosesi ümumiyyətlə sakit mühitdə keçib: "Gün ərzində dairə seçki komissiyalarına səsvermə prosesi ilə bağlı 366 şikayət daxil olub".
MSK-nın mətbuat katibi qeyd edib ki, ilkin nəticələr səsvermənin başa çatmasından 7-8 saat sonra açıqlanacaq.