...

Rusiyada mədəndə yanğın: 200-dən çox işçi təxliyə olunub

Dünya xəbərləri Materials 5 Noyabr 2021 16:35 (UTC +04:00)
Rusiyada mədəndə yanğın: 200-dən çox işçi təxliyə olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə zamanı mədəndə 230-a yaxın işçi olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. 200-dən çox işçinin təxliyə edildiyi bildirilib. Xəsarət alanların olmadığı deyilir.

Bölgədə xilasetmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti